EN

Avroliqa: “Roma” qalib gəldi, “Fənərbağça” evdə uduzdu – ARENA.AZ

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 7-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.

Türkiyənin “Fənərbağça” komandası doğma meydanda İngiltərə təmsilçisi “Aston Villa” ilə üz-üzə gəlib. İstanbul klubu ev oyununda minimal hesabla məğlub olub.

“Roma” isə İtaliyada Almaniyanın “Ştutqart” komandasını sınağa çəkib. “Canavarlar” bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

Avropa Liqası
Liqa mərhələsi, 7-ci tur
22 yanvar

Feyenoord (Niderland) – Şturm (Avstriya) 3:0
Fənəbağça (Türkiyə) – Aston Villa (İngiltərə) 0:1
PAOK (Yunanıstan) – Betis (İspaniya) 2:0
Viktoriya (Plzen, Çexiya) – Portu (Portuqaliya) 1:1
Yanq Boys (İsveçrə) – Olimpik (Lion, Fransa) 0:1
Frayburq (Almaniya) – Makkabi (Təl-Əviv, İsrail) 1:0
Bolonya (İtaliya) – Seltik (Şotlandiya) 2:2
Malmö (İsveç) – Srvena Zvezda (Serbiya) 0:1
Brann (Norveç) – Midtyulland (Danimarka) 3:3
Roma (İtaliya) – Ştutqart (Almaniya) 2:0
Reyncers (Şotlandiya) – Ludoqorets (Bolqarıstan) 1:0
Dinamo (Zaqreb, Xorvatiya) – Styaua (Rumıniya) 4:1
Zalsburq (Avstriya) – Bazel (İsveçrə) 3:1
Braqa (Portuqaliya) – Nottingem Forest (İngiltərə) 1:0
Ferentsvaroş (Macarıstan) – Panatinaikos (Yunanıstan) 1:1
Nitsa (Fransa) – Qou Ehed İqlz (Niderland) 3:1
Selta (İspaniya) – Lill (Fransa) 2:1
Utrext (Niderland) – Genk (Belçika) 0:2

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
18
6
arena.az

10Sources