Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunun bu gün keçirilmiş “İmişli” – “Araz-Naxçıvan” matçı bərabərliklə (2:2) başa çatdı.
Arena.az Qubada baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
17-ci tur
23 yanvar
“İmişli” – “Araz-Naxçıvan” 2:2
Qollar: Luis Silvestr, 5. Dioqo Almeyda, 84 – Çarlz Boli, 14. Ramon Maçado, 90+2.
Sarı vərəqələr: Ezekiel Morqan, 14 (qeyri-idman hərəkəti). Yav Mozes, 29 (qeyri-idman hərəkəti). Ronaldo de Souza, 53 (qeyri-idman hərəkəti). Dioqo Almeyda, 85 (qeyri-idman hərəkəti). Həzrət İsayev, 90+1 (qeyri-idman hərəkəti) – Ürfan Abbasov, 2 (qeyri-idman hərəkəti). Slavik Alxasov, 49 (qeyri-idman hərəkəti). Ba-Muaka Simakala, 71 (qeyri-idman hərəkəti). Bəxtiyar Həsənalızadə, 85 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kristiano de Souza (“İmişli”), 90+3 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 60 tamaşaçı.
Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Tərlan Talıbzadə.
Dördüncü hakim: Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə (10. Nikola Karaklaiç, 71), 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes (5. İdris İnqilablı, 46), 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan (44. Həzrət İsayev, 80), 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 24. Mustafa Əhmədzadə (16. Ramon Maçado, 90), 6. Patrik Andrade, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli (14. Ülvi İsgəndərov, 84).
Ehtiyat oyunçular: 12. Kristian Avram, 26. Ömər Buludov, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.
