Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 10-cu tura yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə iki görüş baş tutub.
“Milli Aviasiya Akademiyası” doğma meydanda UNEC-i 3:1 (23:25, 25:19, 25:14, 25:11) hesabı ilə məğlub edib.
“Murov” isə “Gənclər”i üstələyib – 3:0 (25:19, 25:15, 25:20).
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Abşeron” “DH Volley”ə (0:3), “Azərreyl” isə “Gəncə”yə (1:3) məğlub olmuşdu.
Yüksək Liqa
10-cu tur
23 yanvar
“Milli Aviasiya Akademiyası” – UNEC 3:1(23:25, 25:19, 25:14, 25:11)
“Milli Aviasiya Akademiyası”nın idman zalı.
“Murov” – “Gənclər” 3:0 (25:19, 25:15, 25:20)
“Murov”un idman zalı.
Turnir cədvəli: Turan – 24. DH Volley – 21. UNEC – 17. Milli Aviasiya Akademiyası – 17. Gəncə – 14. Azərreyl – 11. Abşeron – 9. Murov – 7. Gənclər – 0.
