AZ

Rəşad Sadıqov: “Bu oyun kubok matçından daha çətin idi” – ARENA.AZ

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Neftçi”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Səfərdə “Neftçi”yə qarşı oynayırdıq. Onlar üçün də qələbə qazanmaq çox önəmli idi, istəkli idilər. Bunu anlayırdıq. Ona görə də matça ciddi hazırlaşmışdıq. Başa düşürdük ki, strateji oyundur. Birinci hissədə meydanda taktiki savaş getdi, ikinci hissədə isə daha açıq futbol oldu. İkinci yarı daha baxımlı alındı. Yaxşı epizodlarımız oldu. Son vuruşlar dəqiq olsaydı, buradan 3 xalla ayrıla bilərdik. Futbolçularımın istəyi, inamlı oyunu məni qane etdi.

Bu oyun bizim üçün daha çətin keçdi. Bu gün “Neftçi” aqressiv pressinq tətbiq edirdi. Yuri Vernidubun hazırlıq keçmək üçün vaxtı olub. Meydança sulanmamışdı. Bu, hər iki komandanın oyun sürətinə təsir edirdi. İki komanda da arxadan oyun quruculuğunu sevir. O amil oyunun gedişatına təsir etdi. Bu oyun kubok matçından daha çətin idi.

Rüfət Abdullazadənin hazır olmasını çox istərdik. Amma başa düşürdük ki, son turlarda az oynayıb. Toplanışda bizimlə olmasını istəyərdik. Müəyyən problemlərə görə bizimlə ola bilmədi.

Komandalar yayda yetərincə transferlər ediblər, maliyyə xərcləyiblər. Müəyyən rüsumlar var ki, legionerlərə görə ödəmələr etməlisən. Mövsümün bitməsinə 4-5 ay qalıb. Qərar verəndə o da təsir edir. Bununla yanaşı, bazarda qıtlıqdır. Vəziyyət pisə doğru gedir. Futbol dünyada inkişaf edir. Hər il eşidirik ki, hansısa çempionatda fəallıq var, pullar artıb. Bu olduqca seleksiya etmək də çətin olur. Bütün klublarda qıtlıq var. Böyük liqaların klublarında onayan qapıçılar, mərkəz müdafiəçiləri var. Deyirsən ki, o klublar hara, o futbolçular hara. Futbol çox inkişaf edib. Amma bazarda məhsul yetərincə deyil”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
1
16
arena.az

10Mənbələr