EN

Mustafa Abbasbəyli işdən çıxarılıb?

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin işdən çıxarıldığı iddia olunur. Oxu.Az-ın əldə etdiyi məlumata görə, mədəniyyət naziri Adil Kərimli qurumun Aparat rəhbəri Mustafa Abbasbəylinin tutduğu vəzifədən azad olunması ilə bağlı əmr imzalayıb.

 

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq isə məlumat təkzib olunub.

 

"Belə bir əmr yoxdur", - deyə məlumatda bildirilir.

 

Xatırladaq ki, M.Abbasbəyli 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdi.

Tarix: 24 Yanvar 2026, 14:54   
Chosen
42
9
pravda.az

10Sources