AZ

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarılıb?

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin işdən çıxarıldığı iddia olunur.

NOCOMMENT.az-ın məlumata görə, mədəniyyət naziri Adil Kərimli qurumun Aparat rəhbəri Mustafa Abbasbəylinin tutduğu vəzifədən azad olunması ilə bağlı əmr imzalayıb.

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq isə məlumat təkzib olunub.

“Belə bir əmr yoxdur”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, M.Abbasbəyli 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdi.

Seçilən
43
9
nocomment.az

10Mənbələr