Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəylinin vəzifədən azad edildiyi iddia olunur.
Doğru.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, mədəniyyət naziri Adil Kərimli Mustafa Abbasbəylinin tutduğu vəzifədən azad olunması ilə bağlı əmr imzalayıb. Lakin Mədəniyyət Nazirliyinin Mətbuat xidməti Oxu.Az-ın sorğusuna cavab olaraq bu məlumatı təkzib edib.
“Belə bir əmr yoxdur”, – deyə rəsmi açıqlamada bildirilib.
Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu.
DOĞRU.AZ
