AZ

Mustafa Abbasbəyli vəzifəsindən azad edilib? - RƏSMİ AÇIQLAMA

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin işdən çıxarıldığı iddia olunur.

Bizim.Media xəbər verir ki, “oxu.az”ın əldə etdiyi məlumata görə, mədəniyyət naziri Adil Kərimli qurumun Aparat rəhbəri Mustafa Abbasbəylinin tutduğu vəzifədən azad olunması ilə bağlı əmr imzalayıb.
 

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən “Oxu.az”ın sorğusuna cavab olaraq isə məlumat təkzib olunub.


"Belə bir əmr yoxdur", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, M.Abbasbəyli 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdi.

Bizim.Media

Seçilən
33
6
bizim.media

10Mənbələr