EN

Ayxan Abbasov: “Bu, komanda olaraq ayılmağımıza təsir edəcək” – ARENA.AZ

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü meydan sahiblərinin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Üzücü məğlubiyyət oldu. Bilirdik ki, çətin oyun olacaq. Fasilədən sonra yaxşı başlamaq önəmlidir. Hər kəs turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq istəyir. Birinci qola qədər oyun pis getmirdi. Neçənci dəfədir ki, son dəqiqələrdə qol buraxırıq. İkinci hissənin əvvəlində də qapımızda qol gördük. Bundan sonra oyunu çevirmək çətin olur. Bu matç bizim komanda olaraq ayılmağımıza təsir edəcək. Bəlkə də futbolçular rahatlaşmışdılar. Çempionat davam edir, bu, uzun marafondur. Bilirəm ki, çətin olacaq. Amma mübarizə aparacağıq.

Məğlubiyyətdə səbəblər çoxdur. Mən bunu bilirəm. Bəlkə də futbolçulardan çox şey istəyirəm. Keyfiyyət amili var. Amma bizim işimiz istəməkdir. Təslim olmamalıyıq. İki mərkəz müdafiəçimiz yox idi. Bilirdik ki, qışda güclənməyə ehtiyac var. Çempionata bəlli büdcə ilə başlamışıq. Gileylənmirik, bizim hədəfimiz bəllidir. Əsas odur ki, Premyer Liqada yerimizi qoruyaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
34
36
arena.az

10Sources