EN

İspaniya nəhəngi Osimheni transfer edir

Ademola Lukmanı transfer edən "Atletiko Madrid" onun Nigeriya millisindəki komanda yoldaşı Viktor Osimhenin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, "Atletiko Madrid" "Qalatasaray"ın hücumçusu mövsümün sonunda transfer etmək istəyir. İspaniya mətbuatının məlumatına görə, Lukman üçün "Atalanta"ya 35 milyon avro ödəyən "Atletiko Madrid"in Osimhen üçün nə qədər təklif edəcəyi məlum deyil.

Xəbərdə deyilir ki, İspaniya nəhəngi 2028-ci ilə qədər müqaviləsi olan Sörlot üçün də təklifləri nəzərdən keçirəcək. "Atletiko Madrid" Sörloton transferindən əldə edəcəyi gəliri Viktor Osimhenin transferinə yönəltmək istəyir.

Chosen
45
7
metbuat.az

10Sources