EN

Lvovda terror aktı törədildi, ölən və yaralananlar var - VİDEO

Ukraynanın Lvov şəhərində partlayışlar baş verib.

Adalet.az xəbər verir ki, nəticədə 23 yaşlı polis əməkdaşı həlak olub, 15 nəfər yaralanıb. Regional prokurorluq və Lvov meri Andrey Sadovyi hücumu terror aktı elan edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, polisə mağazaya girmək iddiası ilə bağlı məlumat daxil olub. Hadisə yerinə patrul polisi heyəti gələndə ilk partlayış səsi eşidilib. Başqa bir heyət gələndə isə ikinci partlayış baş verib.

Patrul avtomobili və mülki nəqliyyat vasitəsi zədələnib. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

 

Chosen
6
13
adalet.az

10Sources