EN

Lvovda terror törədən qadının FOTOSU yayıldı

Ukraynanın daxili işlər naziri Qqor Klimenko Lvovda törədilmiş terror aktında şübhəli bilinən qadının fotosunu dərc edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram-da yazıb.

Nazir bildirib ki, şəhərin mərkəzində baş verən partlayışlar nəticəsində 25 nəfər xəsarət alıb.
 

“Hazırda 11 nəfər tibb müəssisələrindədir. Altı hüquq-mühafizə orqanı əməkdaşının vəziyyəti ağırdır”, – deyə Klimenko vurğulayıb.


Nazir əlavə edib ki, saxlanılan qadının ehtimal olunan şəriklərinin axtarışı davam edir.

Xatırladaq ki, terror zamanı  23 yaşlı polis əməkdaşı Viktoriya Şpilka həlak olub.


Bizim.Media

Chosen
5
1
bizim.media

10Sources