Cəlilabad rayonunda bu günə qədər 252 nəfər Qızılca virusuna yoluxub.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, həmin şəxslərdən 182 nəfər 18 yaşdan kiçik, 70 nəfəri isə böyüklərdir.
Hazırda 55 aktiv xəstə Qızılcadan müalicə olunur. Rayon üzrə dünən 4 yoluxma hadisəsi qeydə alınıb.
Qeyd edək ki, bu gün Qızılcaya yoluxmuş 22 yaşlı qız Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Elşən Feyzullayev, Bizim.Media, Cənub Bürosu