Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobilinin maneyə çırpılması nəticəsində, rayon sakini, 1990-cı il təvəllüdlü S.Əliyeva müxtəlif bədən xəsarətləri alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.