AZ

Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək, maneyə çırpılıb.

Qəza nəticəsində rayon sakini, 1990-cı il təvəllüdlü S.Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıb.

34 yaşlı xanım dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
351
1
apa.az

10Mənbələr