AZ

Cəlilabadda avtomobil idarəetməni itirdi, maneəyə çırpıldı

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək, maneyə çırpılıb.

Qəza nəticəsində rayon sakini, 1990-cı il təvəllüdlü S.Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıb.

34 yaşlı xanım dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

Seçilən
341
1
avtosfer.az

10Mənbələr