Biləsuvar rayonunda yol qəzası baş verib.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə Biləsuvar rayonu ərazisində qeydə alınıb.
Nəqliyyat vasitəsinin idarəetməni itirməsi nəticəsində rayon sakinləri 1997-ci il təvəllüdlü Nahid Yarızadə və 2003-cü il təvəllüdlü Mərhəmət Xosuzadə xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənubi Bürosu