Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski fevralın 25-də baş tutan telefon danışığı zamanı ərazi məsələsinin həllini müzakirə ediblər.
Hurriyyet.org xəbər verir ki, bu barədə "Obşestvennoye" nəşri Ukrayna prezident ofisindəki mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, ölkə liderləri həmçinin Ukrayna nümayəndə heyətinin ABŞ nümayəndələri - ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner ilə görüşünü müzakirə ediblər.
"Həmçinin rusiyalılarla görüşə hazırlıq və liderlərin üçtərəfli sammitinin keçirilməsinin vacibliyi müzakirə olunub. Amerikalılar bu məsələdə ciddi niyyətlidirlər", - deyə nəşrin həmsöhbəti qeyd edib. O əlavə edib ki, hər iki prezident münaqişənin yaxın aylarda başa çatacağına ümid edir.
Bundan əvvəl Cenevrədə ABŞ və Ukrayna arasında danışıqların başladığı məlum olmuşdu. Görüşdə Kiyevi Ukrayna danışıqlar qrupunun rəhbəri Rüstəm Umerov, Ali Radanın "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya və Ukraynanın iqtisadiyyat naziri Aleksey Sobolev təmsil edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.