EN

Ermənistanda ŞOK: Anna Akopyan Paşinyandan ayrıldığını ELAN ETDİ

Anna Akopyan Nikol Paşinyandan ayrıldığını açıqlayıb.

İnterpress.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan məlumat verib.

Anna Akopyan öz sosial şəbəkə hesabında paylaşım edərək, Nikol Paşinyanla yollarını ayırdığını və artıq hökumət bağlarını (rəsmi iqamətgahı) tərk etdiyini bildirib. O, artıq Baş nazirlə birlikdə yaşamayacağını qeyd edib.

Hələlik ayrılığın səbəbləri barədə ətraflı məlumat verilmir. Baş nazirin ofisi və Nikol Paşinyan özü məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.

Bu xəbər Ermənistanın siyasi dairələrində və ictimaiyyətində böyük şok yaradıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
16
15
interpress.az

10Sources