EN

Tarixdə ilk cüt: yenə 22 ci turda

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Ölkə çempionatlarının yüksək liqası tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu qarşılaşmada heç-heçə qeydə alınıb. "Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 22-ci turuna təsadüf edib. “Qarabağ” – “Sabah” görüşü 3:3 hesabı ilə başa çatıb. 1992-ci ildən keçirilən turnirin ən məhsuldar heç-heçələri siyahısında 1 dəfə 6:6, 1 dəfə 4:4, 16 dəfə 3:3 hesabı var.İlk dəfə eyni cüt arasında 2 belə məhsuldar heç-heçə qeydə alınıb. “Qarabağ”la “Sabah” 2023/24 mövsümündə də dueldən 3:3 hesablı heç-heçə ilə ayrılıb. Həmin vaxt da komandaların görüşü indiki kimi 22-ci tura təsadüf edib. 2024-cü il fevralın 11-də keçirilən görüş də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.Bunadək heç-bir cütün bir-biri ilə iki matçında 6 və ya daha çox qollu heç-heçə olmamışdı. Hər iki "sülh" “Qarabağ”ın meydanında gerçəkləşib.“Sabah” tarixində 4-cü dəfə premyer-liqa matçında məhsuldar heç-heçə etməklə “Kəpəz” və “Turan Tovuz”a məxsus rekordu təkrarlayıb. “Qarabağ” isə yalnız bu rəqiblə görüşlərdə 3 və ya daha çox qol vuraraq 1 xal qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
10
icma.az

10Sources