EN

Bir qrup Çin vətəndaşı İrandan təxliyə olunub 

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün bir qrup Çin vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunaraq Azərbaycan ərazisinə daxil olub.

Qeyd edək ki, bu gün saat 09:00-dan 12:00-dək ümumilikdə 12 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub. Onların 8-i Çin, 1-i Kanada, 3-si isə Azərbaycan vətəndaşıdır.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

Chosen
79
8
azerbaijan-news.az

10Sources