EN

Pentaqondan SON DƏQİQƏ açıqlaması - ABŞ daha 4 hərbçisini İTİRDİ

Xəbər verdiyimiz kimi, ABŞ-yə məxsus "KC-135" tipli yanacaq dolduran təyyarə İraqda qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, Pentaqon İraqın qərbində Boeing "KC-135 Stratotanker" tipli yanacaq dolduran hərbi təyyarənin qəzaya uğradığını açıqlayıb.

Hadisə nəticəsində ABŞ ordusunun 4 hərbçisi həlak olub, ekipajın daha iki üzvü isə itkin düşmüş hesab olunur.

Pentaqonun məlumatına görə, təyyarə ABŞ-nin İrana qarşı həyata keçirdiyi “Epik Qəzəb” adlı hərbi əməliyyat zamanı itirilib. Təyyarə İraqın qərb bölgəsində qəzaya uğrayıb.

Bildirilir ki, əməliyyat çərçivəsində havada olan ikinci təyyarə isə təhlükəsiz şəkildə eniş edib. CBS telekanalının məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində ümumilikdə 6 nəfər olub. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Pentaqonda bildirilib ki, ilkin məlumatlara əsasən, insident düşmən hücumu və ya “dost atəşi” nəticəsində baş verməyib.

Bununla belə, İranın dövlət mediası təyyarənin İraqda fəaliyyət göstərən şiə qruplaşmalarının raket zərbəsi ilə vurulduğunu və ekipaj üzvlərinin hamısının öldüyünü iddia edir.

Musavat.com

Chosen
23
13
musavat.com

10Sources