EN

Valdas Dambrauskas: “Öz kimliyimiz, öz tərzimiz yaranıb”

Misli Premyer Liqasının XXIV turunun "İmişli" - "Sabah" matçından (0:5) sonra qonaqların baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Qələbəyə görə çox xoşbəxtəm. Bu meydançada oynamaq çox çətindir. Bütün komandalar burada çətinlik çəkirlər. 10-15 metr məsafədən ötürmə verəndə top sıçrayır. Qələbə münasibətilə bütün "Sabah" ailəsini təbrik edirəm. Bu oyunu unudub qarşıdakı "Sumqayıt"la matça köklənəcəyik".

- "Sabah"ın məhsuldarlığının sirri nədir?   

- Bunun heç bir sirri yoxdur. Sadəcə olaraq futbolçular verdiyimiz tapşırıqları düzgün yerinə yetirirlər. Artıq bizim öz kimliyimiz, öz tərzimiz yaranıb. Oyunçularımız bu sistemə uyğunlaşırlar. Üç gənc futbolçumuz (Xəyal Əliyev, Umarali Raxmonaliyev, Aron Maluda) 15 dəfə fərqlənib. Çempionatın bu hissəsində oyunçuları fərqləndirmək istəməzdim. Kim meydana çıxırsa, bizə böyük fayda verir. Kahim Parris bir müddət oynamadı. Son iki matçda isə 3 qol vurub. Cesse Sekidika zədədən yeni qayıdıb. Oynadıqca formasını bərpa edir. Onlar məsuliyyəti öz üzərlərinə götürürlər. Öz işimizə, futbolçulara güvənirik. Onlar da bizə inanırlar. Düşünürəm ki, daha da yaxşısını edə bilərik. Çünki komandanın buna potensialı var. Çalışmaq və prosesə inanmaq lazımdır.

“Sumqayıt” yenə xalsız qaldı - YENİLƏNİB

”Neftçi” - “Qarabağ” oyununun vaxtı bəlli oldu

Andrey Demçenko: “Hədəfimiz avrokuboklardır”

Füzuli Məmmədov: “Düşünürdük ki, məğlub olmarıq”

“Araz-Naxçıvan”dan ev qələbəsi - YENİLƏNİB

Chosen
8
7
apasport.az

10Sources