EN

İrandan ABŞ-yə sərt ismarıc: “Siz öz-özünüzlə danışıqlar aparırsınız”

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” birgə komandanlığının rəsmi nümayəndəsi Ebrahim Zolfəqari ABŞ rəhbərliyinə müraciət edərək kəskin bəyanatlarla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, Zolfəqari Vaşinqtonun regiondakı siyasətini “strateji uğursuzluq” adlandırıb. “Sizin bəhs etdiyiniz o strateji güc artıq strateji məğlubiyyətə çevrilib. Özünü dünya supergücü adlandıran tərəf, əgər bacarsaydı, bu vəziyyətdən çoxdan çıxardı. Öz məğlubiyyətinizi razılaşma kimi qələmə verməyə çalışmayın. Boş vədlərinizin dövrü artıq başa çatdı”, — deyə o bildirib.

İranlı hərbi rəsmi ABŞ daxilindəki siyasi çəkişmələrə də toxunaraq, Vaşinqtonun qeyri-müəyyən mövqeyini tənqid edib: “Görəsən, daxili mübarizəniz elə bir həddə çatıb ki, artıq öz-özünüzlə danışıqlar aparmağa başlamısınız? Bizim kimi insanlar heç vaxt sizin kimi insanlarla razılığa gələ bilməzlər”.

Zolfəqari həmçinin iqtisadi məsələlərə diqqət çəkərək qeyd edib ki, ABŞ-nin investisiyaları və müharibədən əvvəlki enerji qiymətləri yalnız bir halda geri qayıda bilər: “Vaşinqton regional sabitliyin İran Silahlı Qüvvələri tərəfindən təmin edildiyini etiraf etməyənə qədər sabitlikdən söhbət gedə bilməz”.

Sara,
NOCOMMENT.az

Chosen
101
50
nocomment.az

10Sources