Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev növbəti döyüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı idmançı ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə İqnasio Bahamondeslə (Çili) üz-üzə gəlib.
Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin üstün olduğunu bildiriblər. Bu Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.
Qeyd edək ki, idmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.