EN

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı

Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev turnirdə növbəti döyüşünə çıxıb.

"Football-plus.az" xəbər verir ki, o, ABŞ-nin Sietl şəhərində təşkil olunan görüşdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb.

Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. MMA Azerbaijan sosial şəbəkə səhifəsinin yazdığına görə, bu, gecənin döyüşü seçilib və hər bir idmanmı əlavə 100 min avro bonus qazanıb.

Bu Tofiq Musayevin UFC-də ikinci döyüşü və ilk qələbəsi olub. O, daha əvvəl Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub (22 iyun, 2025-ci il).

Qeyd edək ki. İqnasio Bahamondes Azərbaycan döyüşçüləri üçün tanışdır. O, sonuncu dəfə Bakıdakı Azərbaycan təmsilçisi Rafael Fiziyevə məğlub olub.

Chosen
29
50
football-plus.az

10Sources