EN

Azərbaycanda fevral ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi açıqlandı

Bakı.Trend:

2026-cı ilin fevral ayında Azərbaycanda kredit kartlarındanistifadə ilə aparılan əməliyyatların sayı 12,004 milyon, ümumihəcmi isə 639 milyon manat təşkil edib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

2025-ci ilin fevral ayı ilə müqayisədə kredit kartları iləaparılan əməliyyatların sayı 1,449 milyon və ya 10,4% azalıb,onların ümumi həcmi isə 156 milyon manat və ya 19,6% azalıb.

2025-ci ilin fevral ayında kredit kartları ilə aparılanəməliyyatların sayı 12,493 milyon, ümumi həcmi isə 795 milyon manattəşkil edib.

Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə banksistemləri və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödənişkartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22milyon 347 minə çatıb.Ötən ilin eyni dövrü ilə müqayisədə bugöstərici 10% artıb.

Məqalədə:
Chosen
11
26
az.trend.az

10Sources