EN

XİN: Humanitar minatəmizləmə fəaliyyətinə yardımın gücləndirilməsinə çağırırıq

Ajans.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) "X" hesabında paylaşım edib. "Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmaqda davam edir, bərpa işlərini ləngidir və məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olur. Azərbaycan mina çirklənməsindən ən çox təsirlənən ölkələr arasında qalır. Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətlərinə və zərərçəkənlərə yardımın gücləndirilməsinə çağırırıq. Minalardan azad gələcək dayanıqlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır", - deyə paylaşımda qeyd olunub.

Chosen
21
12
Ajans.az

10Sources