EN

Azərbaycanda "Visa" kartları ilə aparılan əməliyyatların həcmi məlum oldu

Bakı.Trend:

Cari ilin fevral ayının sonuna olan məlumata görə, Azərbaycandarezident maliyyə institutları tərəfindən buraxılmış "Visa" ödənişkartları (o cümlədən statistik vahidin ödəniş kartları) üzrəəməliyyatların sayı 143,164 milyon vahid, əməliyyatların həcmi isə7,387 milyard manat təşkil edib.

Trend bu barədəAzərbaycanın Mərkəzi Bankına (AMB) isitnadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 44,432milyon və ya 45 faiz, əməliyyatların həcmi isə 1,45 milyard manatvə ya 24,4 faiz artıb.

Eyni zamanda, qeyri-rezident maliyyə təşkilatları tərəfindənburaxılmış "Visa" kartları üzrə əməliyyatların sayı 658,2 min,əməliyyatların həcmi isə 59,8 milyon manat olub.

Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdəAzərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatlarıtərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilənbütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrəəməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutlarıtərəfindən buraxılmış kartlarla aparılan tranzaksiyalardır.

Məqalədə:
Chosen
20
33
az.trend.az

10Sources