EN

Nəriman Axundzadə MLS-də növbəti oyununa çıxdı, komandası...

Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" komandasının hücumçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.

Fanat.Az xəbər verir ki, 21 yaşlı hücumçu VI tur çərçivəsində "Atlanta Yunayted"lə səfər matçında içtirak edibş 

O, 90-cı dəqiqədə meydana çıxıb və Andres Erreranı əvəzləyib.

Qarşılaşma Nərimanın komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Kolambus Kryu”nun cari mövsümdə ilk qalibiyyəti olub.

Qeyd edək ki, ABŞ klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Chosen
8
6
fanat.az

8Sources