EN

ŞOK HESABAT: İran raketlərinin dəqiqliyi 9 DƏFƏ ARTIB

İran İsrailə qarşı hücumlarında getdikçə daha çox kasetli döyüş başlıqları ilə təchiz edilmiş ballistik raketlərə üstünlük verir.

Musavat.com xəbər verir ki, bu barədə Amerikanın Yəhudi Milli Təhlükəsizlik İnstitutunun (JINSA) hesabatında qeyd olunub.

Sözügedən raketlər yüksək hündürlükdə 24-dən 80-ə qədər sub-sursat buraxaraq onları bir neçə mil məsafəyə səpələmək qabiliyyətinə malikdir.

İsrail Müdafiə Ordusunun (İDF) qiymətləndirmələrinə görə, cari müharibə zamanı atılan İran raketlərinin yarısından çoxu kasetli başlıqlarla təchiz edilib, halbuki əvvəlki 12 günlük müharibə ərzində cəmi üç belə hal qeydə alınmışdı.

Hesabatda vurğulanır ki, müharibənin ilk iki həftəsində İsrailə atılan ballistik raketlərin yalnız 3 faizi yaşayış məntəqələrinə düşdüyü halda, martın 13-dən 22-nə qədər olan müddətdə bu göstərici təxminən 27 faizə yüksəlib. Dəqiqliyin bu dərəcədə artması, əsasən, məhz kasetli zərbələrdən istifadə edilməsi ilə izah olunur.

Son məlumatlara görə, ötən sutka ərzində İsrail istiqamətində 12 raket atılıb. Onlardan ikisini zərərsizləşdirmək mümkün olmayıb. Raketlərdən biri Hayfaya, digəri isə Noat-Hovev sənaye zonasına düşüb. İsrail mediasının yaydığı məlumata görə, hücum nəticəsində dörd nəfər həlak olub.

Musavat.com

Chosen
44
31
musavat.com

10Sources