EN

SEPAH ABŞ və onun regiondakı müttəfiqlərinə xəbərdarlıq edib

SEPAH ABŞ-nin müttəfiqlərinin neft-qaz infrastrukturuna məhdudiyyət qoymadan hücum edəcək.

“Fars” xəbər agentliyinin xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.

Məlumata görə, SEPAH ABŞ-nin müttəfiqlərinin neft-qaz infrastrukturuna hücumlarda daha təmkin göstərməyəcəklərini bəyan edib: "Biz ABŞ və onun tərəfdaşlarının infrastrukturuna elə zərbə vuracağıq ki, onlar illərlə regionun neft-qazından məhrum qalacaqlar”.

Bəyanatda bildirilib ki, İran indiyə qədər qonşuluq prinsiplərinə sadiq qalaraq, hədəfləri seçərkən müəyyən məhdudiyyətlərə əməl edib: “Lakin bundan sonra bütün bu məhdudiyyətlər aradan qalxmış sayılır”.

Chosen
6
5
xezerxeber.az

10Sources