EN

Üç uşaq atası dəm qazından öldü

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Far.Az "Report"a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Əliyev Bakı şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hadisənin Q.Əliyevin hamam otağında olan zaman baş verdiyi bildirilib.

Mərhumun 3 uşaq atası olduğu və paytaxtda tikintidə çalışdığı qeyd olunub. O, Cəlilabadın Maşlıq kəndində dəfn olunacaq.

Chosen
32
2
far.az

10Sources