Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
"Yeni Sabah" xəbər verir ki, Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Əliyev Bakı şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Hadisənin Q. Əliyevin hamam otağında olan zaman baş verdiyi bildirilib.
Mərhumun 3 uşaq atası olduğu və paytaxtda tikintidə çalışdığı qeyd olunub. O Cəlilabadın Maşlıq kəndində dəfn olunacaq./Report
Telegram kanalımız