AZ

3 uşaq atası dəm qazından zəhərlənərək öldü

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Əliyev Bakı şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hadisənin Q. Əliyevin hamam otağında olan zaman baş verdiyi bildirilib.

Mərhumun 3 uşaq atası olduğu və paytaxtda tikintidə çalışdığı qeyd olunub. O Cəlilabadın Maşlıq kəndində dəfn olunacaq.

Seçilən
10
4
manset.az

10Mənbələr