AZ

Bakıda 31 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Qaziler.az xəbər verir ki, Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Əliyev Bakı şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hadisənin Q. Əliyevin hamam otağında olan zaman baş verdiyi bildirilib.

Mərhumun 3 uşaq atası olduğu və paytaxtda tikintidə çalışdığı qeyd olunub. O Cəlilabadın Maşlıq kəndində dəfn olunacaq.

Seçilən
12
4
qaziler.az

10Mənbələr