EN

Şirvanda bir ailənin 5 üzvü zəhərlənib - YENİLƏNİB

Dünən saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanası məlumat verilib.

Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub: "Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir"məlumatda qeyd olunub.

Gülcahan İmanqızı

***

10.28

Şirvanda bir ailənin 5 üzvü zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bir ailənin 5 üzvü qida zəhərlənməsi ilə Şirvan şəhər xəstəxanasının infeksion şöbəsinə yerləşdirlib.

Onların restorandan evə sifarişlə gətirilən pizzadan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
4
6
apa.az

10Sources