EN

Şirvanda kütləvi zəhərlənmə - YENİLƏNİB

07.04.2026-cı il tarixində saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Day.Az xəbər verir ki, bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilir ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.

"Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.

xxx

10:46

Şirvan şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, şəhər ərazisində fəaliyyət göstərən "Pizza Time" restoranında qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimallara görə, zəhərlənmənin səbəbi həmin şəxslərin restoranda yedikləri göbələklər olub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
6
8
day.az

10Sources