EN

Xəzər dənizində zəlzələ olub




Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Newscenter.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 6:52-də qeydə alınıb. Zəlzələ ocağı 36 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə 16 zəlzələ qeydə alınıb.

Anar
Chosen
27
50
newscenter.az

10Sources