EN

Milli Məclisdə deputatları azlıq təşkil edən partiyaların MSK üzvlüyünə yeni namizədləriMÜƏYYƏNLƏŞDİ

Milli Məclisdə deputatları azlıq təşkil edən partiyaların Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə yeni namizədləri müəyyənləşib.

Redaktor.az-ın xəbərinə görə, parlamentdə azlıq təşkil edən partiyaların MSK-dakı üzvləri dəyişməyəcək.

Beləliklə, azlıqda olan partiyaların MSK üzvlüyünə namizədləri aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) - Tofiq Həsənov

İlkin Şahbazov.

Qeyd edək ki, Milli Məclisin 27 aprel 2021-ci ildə keçirilən iclasında MSK-nın hazırkı tərkibi formalaşdırılıb. Qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 il olduğu üçün yenidən formalaşdırılmalıdır.

Chosen
13
8
redaktor.az

10Sources