EN

ABŞ İrana məxsus aviaşirkətlərə xidmət göstərən xarici qurumları sanksiyalarla hədələyir » AzadMedia.az

ABŞ

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, İrana məxsus aviaşirkətlərə xidmət göstərən xarici təşkilatlar Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər.
Onun sözlərinə görə, xarici hökumətlər öz yurisdiksiyalarında fəaliyyət göstərən şirkətlərin bu təyyarələrə xidmət göstərməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidirlər. Bu xidmətlərə aviasiya yanacağı ilə təminat, iaşə xidməti, eniş haqları və texniki xidmət daxildir.

Bessent sosial şəbəkə X-də paylaşımında vurğulayıb ki, ABŞ Maliyyə Nazirliyi İran şirkətləri ilə əməkdaşlıq edən və ya onlara dəstək verən üçüncü tərəflərə qarşı tədbir görməkdən çəkinməyəcək.

Qeyd edək ki, ötən cümə günü ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirərək Çin, BƏƏ, Liberiya, Panama, Vyetnam, Vircin adaları, Kayman adaları və Marşal adalarında qeydiyyatdan keçmiş 20 şirkəti və İranla əlaqəli 19 neft tankerini siyahıya daxil edib.

Sanksiya siyahısına Çinin ən böyük neft-kimya komplekslərindən biri olan Hengli Petrochemical şirkəti də əlavə olunub.

Chosen
14
19
azadmedia.az

10Sources