AZ

Bloomberg: Neftin qiyməti 160 dollara yüksələ bilər

“Bloomberg” Brent neftinin qiymətinin bir barel üçün 160 dollara qədər yüksəlməsi ssenarisini açıqlayıb. Agentliyin məlumatına görə, “qara qızıl”ın qiyməti üzrə proqnoz Hörmüz boğazının gəmiçilik üçün nə qədər müddət bağlı qalacağından asılıdır. Məsələn, boğazın mayın əvvəlində açılması Brent markalı neftin qiymətini təxminən bir barel üçün 100 dollar səviyyəsində saxlaya bilər. Eyni zamanda bu müddətin iki ay — iyulun əvvəlinə qədər davam etməsi qiymətlərin 160 dollar/barel səviyyəsinə yüksəlməsi riskini yaradır, şirkətin analitikləri xəbərdarlıq edirlər.

Onların hazırkı baza proqnozuna görə, Hörmüz boğazı iyulda deyil, mayın əvvəlində gəmiçilik üçün açılacaq. Bununla belə, ehtiyatlı optimizmə baxmayaraq, “BloombergNEF” 2026-cı ildə qlobal neft bazarında təklif profisiti üzrə proqnozunu kəskin şəkildə azaldaraq 2,23 milyon barel/gündən 0,96 milyon barel/günə endirib.

Seçilən
0
44
banker.az

10Mənbələr