AZ

ABŞ İran Hava Yolları ilə əməkdaşlıq edən şirkətlərə sanksiya tətbiq edə bilər

ABŞ administrasiyası İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyalar tətbiq edə bilər.

APA xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.

"Sanksiya tətbiq edilən İran aviaşirkətləri ilə iş görmək ABŞ sanksiyalarına məruz qalma riskini daşıyır. Xarici hökumətlər öz yurisdiksiyalarındakı şirkətlərin bu təyyarələrə aviasiya yanacağı, qida, eniş haqqı və idarəetmə xidmətləri də daxil olmaqla xidmət göstərməməsi üçün bütün zəruri tədbirləri görməlidir", - Bessent bildirib.

Seçilən
6
50
apa.az

10Mənbələr