ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Amerika administrasiyası İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyalar tətbiq edə bilər.
"Far.Az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
"Sanksiya tətbiq edilən İran aviaşirkətləri ilə iş görmək ABŞ sanksiyalarına məruz qalma riskini daşıyır. Xarici hökumətlər öz yurisdiksiyalarındakı şirkətlərin bu təyyarələrə aviasiya yanacağı, qida, eniş haqqı və idarəetmə xidmətləri də daxil olmaqla xidmət göstərməməsi üçün bütün zəruri tədbirləri görməlidirlər", - Bessent bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ İran İslam Respublikasının "Iran Air" aviaşirkətini sanksiyalar siyahısına əlavə edib.