EN

Rusiya buna görə Ukraynanı işğal edə bilmir ŞOK DETALLAR

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

"Rusiya prezidenti Vladimir Putin Qırmızı meydanda keçirilən Qələbə paradında çıxışı zamanı səsləndirdiyi "Qələbə həmişə bizimlə olacaq", "Bizim işimiz haqdır" açıqlamaları ilə əslində sadəcə Rusiya cəmiyyətini sakitləşdirməyə çalışır".

Bu sözləri Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Putin Ukraynada aparılan müharibəni guya "faşizmə qarşı mübarizə" kimi təqdim etməyə cəhd etsə də, reallıq tamamilə fərqlidir:

"Vaxtilə Hitler Almaniyasının Avropada həyata keçirdiyi işğalçı siyasətin bənzərini bu gün Putinin Rusiyası həyata keçirir. Çünki bu, açıq şəkildə işğalçı müharibədir və buna heç bir formada haqq qazandırmaq mümkün deyil. Putin artıq beşinci ilə keçən bu müharibənin niyə hələ də yekunlaşmadığını Rusiya ictimaiyyətinə hansısa formada izah etməyə çalışır. Ona görə də "faşizmlə mübarizə" ritorikasından istifadə edir. Guya Rusiyanın böyük bir missiya yerinə yetirdiyi görüntüsü yaradılır. Amma fakt budur ki, Kreml nə Ukraynanı tam işğal edə bilir, nə də başladığı müharibəni istədiyi şəkildə başa çatdıra bilir. Bu isə Rusiyanın vəziyyətinin düşündükləri qədər güclü olmadığını göstərir.

10-15 il əvvəl 9 May – Qələbə Günü münasibətilə Moskvada keçirilən hərbi paradlara dünyanın müxtəlif ölkələrindən nə qədər dövlət başçısı və yüksək səviyyəli rəsmilər qatılırdı. Rusiya həmin dövrdə beynəlxalq arenada daha güclü görünürdü və Kreml bu tədbirlərlə öz nüfuzunu nümayiş etdirməyə çalışırdı. Amma indi mənzərə tamamilə dəyişib. Bu gün Moskvada keçirilən paradlarda çox az sayda xarici nümayəndə iştirak edir. O şəxslərin də əksəriyyəti Putinə açıq dəstək verdiyi üçün deyil, daha çox Rusiyadan və Kremlin təzyiqlərindən çəkindikləri üçün ora gedirlər. Bu iştirak heç də Rusiyanın beynəlxalq dəstək qazandığı anlamına gəlmir".

Politoloq vurğulayıb ki, builki 9 May paradının özü də Kremlin daxilindəki narahatlığı ortaya qoydu:

"Putin bayramı belə rahat və arxayın şəkildə keçirə bilmədi. Ukraynanın mümkün dron hücumlarından ciddi şəkildə ehtiyat edilirdi. Təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılmışdı. Bu isə göstərir ki, Rusiya artıq əvvəlki kimi özünü tam təhlükəsiz və güclü hiss etmir. Bütün bunların fonunda aydın görünür ki, vəziyyət heç də Kremlin təqdim etdiyi kimi deyil. Hərbi paradlar, sərt çıxışlar və təbliğat xarakterli bəyanatlar Rusiyanın real durumunu dəyişmir. Bu parad nə Putinin mövqeyini gücləndirir, nə də Rusiyanın beynəlxalq imicini əvvəlki vəziyyətinə qaytara bilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
3
icma.az

10Sources