AZ

Ukrayna Rusiyanı TƏHDİD altında SAXLAYIR: MÜHARİBƏ dalana DİRƏNİB - Natiq Cəfərlidən FƏRQLİ BAXIŞ

"Ukraynanın 9 mayla bağlı hekayəsi doğru-düzgün qurulmalıdır ki, Rusiya təbliğatının əlinə arqument verilməsin. Çünki Ukrayna xalqı İkinci Dünya müharibəsində ən çox itki verən tərəflərdən biridir və bu tarix onlar üçün də müqəddəsdir. Zelenski komandası bu təbliğatı elə qurmalıdır ki, indiki dönəmdə rolların dəyişdiyini, məhz Rusiyanın özünü faşist Almaniyası kimi işğalçı apararaq şəhərləri dağıtdığını dünyaya daha effektiv çatdırsın."

Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində ReAl partiyasının sədri Natiq Cəfərli deyib. Onun sözlərinə görə, hazırda müharibə hərbi-strateji dalana dirənib:

"Nə Rusiya istədiklərini eləyə bilmir, nə də Ukrayna hələ ki öz 91-ci il sərhədlərinə çıxa bilmir. Texnologiyalar, xüsusilə ucuz dronlar cəbhədə 50 kilometr dərinliyində 'ölüm zonaları' yaradıb ki, bu da hər hansı hərəkətliliyin qarşısını kəsir və torpaqların azad olunması prosesini çətinləşdirir".

Partiya sədri qeyd edib ki, Rusiyada internetin tez-tez söndürülməsi təhlükəsizlikdən daha çox daxili narazılığın qarşısını almaq məqsədi daşıyır: "Bu, dron hücumlarından qorunmaq üçün deyil, daxildəki 'Z-patriotların' və xalqın artan suallarını boğmaq cəhdidir. İnsanlar artıq soruşurlar ki, niyə bu müharibə Böyük Vətən Müharibəsindən də uzun çəkir, niyə hava limanları bağlanır və ölkə bu bataqlığa ilişib qalıb?".

Musavat.com

Seçilən
32
50
musavat.com

10Mənbələr