Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
KONKRET.az xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 5 ailə – 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə – 453 nəfər köçürülür.
Qeyd edək ki, Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.