AZ

Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim olunub YENİLƏNİB FOTO

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

APA-nın bölgə müxbiri xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış sursat təhlükəsi ilə bağlı məlumat verilib.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 107 ailə, ümumilikdə 453 nəfər köçürülüb. Köçürülənlər uzun illər ölkənin müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış ailələrdir.

***

13:14

Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.

APA xəbər verir ki, bu dəfə 107 ailə olmaqla 453 nəfər köçürülüb.

Qeyd edək ki, Şükürbəyli kəndinə köçürülən ailələr əsasən Bakı, Biləsuvar, Abşeron, Şirvan, Sumqayıt, Hacıqabul, Mingəçevir, Beyləqan, Tərtər və Füzuli rayonlarından olan sakinlərdir. Hazırda kəndə ümumilikdə 214 ailə – 915 nəfər köçürülüb. Qalan 421 evə isə qrafikə uyğun olaraq mayın 21-dək köçün davam etdirilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
10
apa.az

10Mənbələr