Növbəti köç karvanı Zəngilan şəhərinə çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib.Metbuat.az xəbər verir ki, açarların təqdimetmə mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu mərhələdə şəhərə 5 ailənin (26 nəfər) daimi qayıdışı təmin olunub.