EN

Gəncə və Bərdədə əlilliyi olan şəxslərin əl işlərinin satış sərgisi olub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 25 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi və Bərdə regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə Gəncə və Bərdədə əlilliyi olan şəxslərin əl işlərinin satış sərgiləri təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sərgilər əlilliyi olan şəxslərin sosial inteqrasiyasını dəstəkləmək, onların peşə bacarıqlarını nümayiş etdirmək və məşğulluq imkanlarını genişləndirmək məqsədi daşıyıb.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirlərdə agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunları və hazırda mərkəzdə peşə bacarıqlarına yiyələnən əlilliyi olan şəxslər iştirak ediblər. Onların sırasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər də olub.

Ümumilikdə 21 nəfərin 10 müxtəlif istiqamət üzrə 900-dən çox əl işi sərgilərdə nümayiş etdirilərək satışa çıxarılıb. Təqdim olunan əl işləri arasında dərzilik nümunələri, rəssamlıq əsərləri, suvenirlər, bədii tikmə işləri, təbii daşlardan hazırlanmış təsbeh və qolbaqlar, toxunma oyuncaqlar və s. yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
50
azertag.az

10Sources